Polisə tabe olmasaq, bizi hansı cəza gözləyir? - Hüquqi şərh
16:03 06 Noyabr 2017
Polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır.
Polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Polis haqqında
Azərbaycan Respublikasının Qanunu əsasında polis əməkşadı bir sıra hüquq və vəzifələrə sahibdir.
Bəs, polisin işinə mane olan və polisə tabe olmayan şəxsi hansı cəza gözləyir?
Məsələni Femida.az -a vəkil Sadiq Əfəndiyev şərh edib. Onun sözlərinə görə qeyd olunan məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə tənzimlənir.
“ İnzibati Xətalar Məcələəsinin 535.1 maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”
Miri Məcidli
Femida.az
Oxunub: 17727
Oxşar xəbərlər
- Polisə yalan məlumat verən şəxslər saxlanılıb
- Polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib
- Polisə müqavimət göstərən silahlı şəxslər zərərsizləşdirilib
- Polisə yalandan “bomba var” deyən şəxs tutuldu
- Polisə xəsarət yetirən şəxs tutulub
- Polisə hücum edib, silahını aldılar
- Polisə ictimai dəstək qrupunun üzvü bıçaqlanıb
- Polisə ictimai dəstək olmaq istəyənlərin nəzərinə - İş var
- Polisə daha bir səlahiyyət verildi
- Polisə atəş açdı, öldürüldü - Azərbaycanla sərhəddə