İranda atışma - 5 nəfər ölüb
17:09 11 Yanvar 2017
İranda atışma baş verib, 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Femida.az APA-ya istinadən xəbər verir ki, bunu İranın mərkəzi əyalətinin polis rəisi Kiyumərs Əzizi deyib.
K. Əzizi bildirib ki, qanlı hadisə Ərak şəhərində baş verib: “Bu gün səhər polis mərkəzinə atışma ilə bağlı məlumat daxil oldu. Polislər hadisə yerinə göndərildi. Məlum oldu ki, iki silahlı şəxs Ərak şəhərində iki ayrı evə girərək içəridəki şəxslərə atəş açıblar. Hadisə nəticəsində ümumilikdə 5 nəfər ölüb, 4 nəfər yaralanıb”.
Polisin təxirəsalınmaz tədbirləri nəticəsində hadisəni törədənlərdən birinin izi tapılıb və o, yaxalanıb. Həbs olunan şəxs əvvəl məhkumluq yaşayıb və həbsdən yeni çıxıb. O, qətli qardaşının köməyi ilə törədib.
İlkin versiyaya görə, qətl qisas məqsədilə törədilib.
Femida.az
Oxunub: 838
Oxşar xəbərlər
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İranda etirazlar yenidən baş qaldırdı
- İranda onlarla azərbaycanlı həbs edildi
- İranda ölənlərin sayı 20 nəfərə çatdı
- İranda gərginlik son həddə çatdı: 10 nəfər ölüb
- İranda etirazlar davam edir
- İranda aksiyalar genişləndi: 2 nəfər güllələnib
- İranda qadınların geyimi ilə bağlı qayda dəyişir