• Ana səhifə / Manşet

Xəbər lenti

Əlillər və şəhid ailələrinə ŞAD XƏBƏR


Tarix 11.01.17, 13:11


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa olunmuş 9 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, yeni evlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlərdən razı qaldıqlarını vurğulayıblar.

Evlərin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Lənkəran rayon İcra Hakimiyyətinin, əlil təşkilatlarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, nazirlik tərəfindən ötən il respublikamızın rayon və şəhərlərində yeni fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər istifadəyə verilməklə 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bu təbəqələrdən olan insanlar üçün hazırda respublikamızın bölgələrində yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Müharibə əlilləri və şəhid ailələrinin sosial təminat növləri – pensiya və ya sosial müavinətlərlə, Azərbaycan prezidentinin aylıq təqaüdləri ilə təmin edildikləri, eləcə də onların uşaqlarına, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə aylıq sosial müavinət ödənildiyi, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı qeyd olunub. Həmin insanlar üçün qanunvericiliklə nəzərdə tutulan imtiyaz və güzəştlərdən, müharibə əlillərinin tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı sahəsində görülən işlərdən də bəhs olunub.

Sonra yeni fərdi yaşayış evlərinə baxış keçirilib. Evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 3 ədədi Qarabağ müharibəsi əlillərinin, 6 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.

Xəbərin oxunma sayı : 205










Cəmiyyət
Baxış hüququ
img

Yetim qalan əkizlərin küçə həyatı - VİDEOREPORTAJ

img

Sorğu

Tutduğunuz vəkildən razı qalmısınız?

Səs ver
Nəticəyə bax
img
img