`Avtovağzal`da 3 milyon sərnişinə xidmət göstərilib


20:04     11 Yanvar 2017 avtovagzal.jpg

“Bakı Beynəlxalq Avtovağzal”ı ötən il 3 milyondan çox sərnişinə xidmət göstərib”.


Bu barədə Femida.az-a Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, 2016-cı il ərzində “Bakı Beynəlxalq Avtovağzalı”dan 129 min 252 reyslə 3 milyon 234 min 233 sərnişin daşınıb:

“122 min 46 reyslə isə 3 milyon 17 min 36 şəhərlərarası sərnişin daşınması, 7 min 206 reyslə isə 217 min 197 beynəlxalq sərnişin daşınması həyata keçirilib”, - deyə Ş.Mehmanqızı sözlərinə əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 941


Oxşar xəbərlər