Bakıda evdən 15 minlik qızıl oğurlandı
23:02 11 Yanvar 2017
Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Femida.az ARB TV-yə istinadən xəbər verir ki, Qulu Quliyev küçəsi, ev 38, mənzil 37 ünvanında yaşayan 46 yaşlı Vasif Əliyev polisə evindən oğurluq edilməsi barədə şikayət edib.
Zərərçəkən izahatında bildirib ki, evə heç kimin olmadığı vaxt girən naməlum şəxslər ümuni dəyəri 15 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıblar. Polis əməkdaşları evə baxış keçiriblər, barmaq izləri götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Femida.az
Oxunub: 945
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik