23 yaşlı oğlan atdan yıxıldı - Vəziyyəti ağırdı
23:16 11 Yanvar 2017
Şəki sakini atdan yıxılıb.
Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) Femida.az-ın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kənd sakini, 1994-cü il təvəllüdlü Vahab Elşad oğlu Salamov qapalı kəllə-beyin travması və sol təpə nahiyəsinin cırılmış yarası ilə xəstəxanaya daxil olub. 23 yaşlı V. Salamov yaşadığı kəndin yaxınlığındakı meşə zolağında atdan yıxılaraq xəsarət aldığını bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən V. Salamovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 912
Oxşar xəbərlər
- 23 yaşlı oğlan özünü asdı
- 23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb
- 23 illik vəzifəsindən getdi
- 23 rayonda internet olmayacaq
- 23 dövlət əmlakı satıldı
- 23 yaşlı gəncin FACİƏVİ SONU
- 23 yaşlı gənc günvurmadan ölüb - Göygöldə
- 23 yaşlı oğlanı bıçaqladılar
- 23 yaşlı oğlan bıçaqlandı
- 23 yaşlı oğlanı bıçaqladılar