İcra Hakimiyyətində yoxlama aparılıb
00:24 12 Yanvar 2017
Azərbaycan Respublikası Hesablama Palatasının cari ildə ilk kollegiya iclası keçirilib.
Palatadan Femida.az-a verilən məlumata görə, kollegiya iclasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Masallı Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsindən Goranboy Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
Kollegiyada Hesablama Palatasının 2017-ci il üçün iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.
Oxunub: 1479
Oxşar xəbərlər
- İcra başçısına yeni müavin təyin olundu
- İcra başçısından maraqlı addım - Xaçmazda
- İcra Hakimiyyəti valideynlərini itirən gənclərin pulunu ödədi
- İcra hakimiyyəti 3 gəncin pulunu ödəmir - VİDEO
- İcra başçısı olmuş şəxs vəfat etdi
- İcra başçısının müavini vəfat edib
- İcra Hakimiyyəti vətəndaşı məhkəməyə verib
- İcra başçısı müavininin qəza törətmiş oğluna hökm oxundu
- İcra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşdü - Yenilənib
- İcra başçısı məhkəmədə ifadə vermək istəmədi