Aydın Əliyev vətəndaşlarla görüşəcək


14:28     12 Yanvar 2017 aydin%20eliyev%202.jpg

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev yanvarın 17-də saat 10:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.


DGK-nin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 16-si saat 10:00-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Astara Gömrük İdarəsi (əlaqə telefonu: (025) 225-31-90) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1088