• Ana səhifə / Manşet

Xəbər lenti

Cəbhədə monitorinq keçirilib


Tarix 12.01.17, 13:33


Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq baş tutub.


Müdafiə Nazirliyindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 12-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi mayor Cavit Elyas keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçisi Piter Şvedberq və YSPQ-in rəhbəri polkovnik Hans Lampalzer keçiriblər

Femida.az

Xəbərin oxunma sayı : 883









img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img