Deputatların etik kodeksi hazırlanır


19:07     13 Yanvar 2017 milli%20meclis2.jpg

Azərbaycanda deputatlarının etik davranış qaydaları hazırlanır.


Femida.az -ın məlumatına görə, deputatın etik davranış kodeksinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.

Qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1018