Üç polisin qətlinə görə üç nəfər edam edildi


19:05     15 Yanvar 2017 image048.jpeg

Bəhreyndə 2014-cü ilin martında partlayış nəticəsində 3 polisin ölümü ilə əlaqədar 3 şiə güllələnib.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bəhreyn yaxınlığındakı Manama qəsəbəsində 3 mart 2014-cü ildə minalanmış avtomobil partladılıb.

Nəticədə iki Bəhreyn polisi və həmin vaxt Bəhreyndə vəziyyətin stabilləşdirilməsi üçün Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Liqasının təhlükəsizlik qüvvələrinin tərkibində fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirliklərinin bir polisi ölüb. Həmin qüvvələr ölkədə şiə "Əl-Vifak" Partiyasının başçılığı ilə kütləvi aksiyaların genişlənməsi ilə əlaqədar Bəhreyn hakimiyyətinin xahişi ilə dəvət edilib. Bu qüvvələrin əsas kontingentini Səudiyyə Ərəbistanının qüvvələri təşkil edib.

Açar sözlər:

Oxunub: 1099