İrəvanda 3 gənc maşında boğuldu


20:32     15 Yanvar 2017 image8834.jpeg

Yanvarın 15-də Yerevanda 3 gəncin meyiti aşkarlanıb.


Femida.az xəbər verir ki, səhər saat 10-da polisə xəstəxanadan Nazarbekyan küçəsindən 22 yaşlı kişinin meyitinin gətirilməsi haqda məlumat daxil olub.

Həmin yerə gələn polislər daha iki nəfərin meyitini aşkar ediblər.

Onlar qarajda saxlanılan avtomobilin içərisində olublar. İstintaq gedir. Ölənlərin şəxsiyyətləri, hələ ki, dəqiqləşdirilməyib.

İlkin məlumata görə, onlar dəm qazından boğulublar. Ölənlərdən ikisinin qardaş olduğu, birinin xiasedici işlədiyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 2618