Turistlərin olduğu avtobus dərəyə yuvarlandı


21:22     15 Yanvar 2017 image333.jpeg

Bu gün Yeni Zelandiyada Böyük Britaniya və ABŞ-dan turistlərin olduğu avtobus 10 metr yüksəklikdən dərəyə düşüb.


Femida.az-ın məlumatına görə, bu barədə “New Zealand Herald” qəzeti məlumat yayıb.

Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü olub. Qəzada 4 nəfər ciddi xəsarət alıb və vertolyotla xəstəxanaya aparılıb. Digər xəsarət alanlara da tibbi yardım göstərilib.

Qəzanın səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 940