Şaxtalar 6 nəfərin ölümünə səbəb olub


21:42     15 Yanvar 2017 image533.jpeg

Serbiyada yanvarın 6-da başlayan anomal şaxtalı hava 6 nəfərin ölümünə səbəb olub.

Apa-nın məlumatına görə, bu barədə Serbiyanın RTS telekanalı məlumat yayıb.

Serbiyanın cənubunda sərt şaxtaların son qurbanı Retkotser kənd sakini 49 yaşlı Mitar Lyubisavleviç olub.

Serbiya Daxili İşlər Nazirliyi yanvarın 6-dan ölkənin cənubunda donma təhlükəsi ilə üzləşən 150 nəfəri evakuasiya edildiyi barədə məlumat yayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1039


Oxşar xəbərlər