İŞİD-in daha bir komandiri məhv edilib


22:23     15 Yanvar 2017 1438232257_iside-egitim-veren-4-turk-subayi-gozaltina-alindi-iddiasi_1143238_720_400.jpg

İŞİD-in malayziyalı komandiri Zaynuri Kamarudin Suriyanın Rakka şəhərində hava zərbələri nəticəsində ölüb.


"TASS" agentliyinin yaydığı məlumata görə, bunu Malayziya polisinin antiterror idarəsinin rəhbərinin birinci köməkçisi Ayub Xan Midin "Channel News Asia" telekanalına müsahibəsində deyib.

"Əldə olunan məlumatlara əsasən, yanvarın 13-də Suriyanın şimalında Rakka şəhərinə hökümət aviasiyası tərəfindən endirilən hava zərbələri nəticəsində İŞİD-in üzvü olan 3 malayziyalı məhv edilib. 50 yaşlı Zaynuri Kamarudin də onların arasında olub", - polis nümayəndəsi deyib.

Onun sözlərinə görə, Kamarudin, üzvləri İndoneziyadan, Malayziyadan və Filippindən olan İŞİD-in "Katibax Nusantara" dəstəsinin komandiri olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1745