Hindistanda qayıq batıb: 26 ölü


23:39     15 Yanvar 2017 sea_migrants.jpg

Hindistanın Bixar ştatında Qanq çayında qayıq batıb.


"RİA Novosti"nin verdiyi məlumata görə, qayığın batması nəticəsində 26 nəfər həlak olub.

"Xilasedicilər gecə 22 cəsəd, bu səhər 4 cəsəd çıxarıblar", - Hindistanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarəsinin katibi Anirudx Kumar deyib.

Qeyd edək ki, qayıq batan zaman qayıqda 50 nəfər olub. Onlardan 20-si xilas edilib və xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1114