Türkiyə təyyarəsi Qırğızıstanda yerə çırpıldı: 30-dan çox ölən var


13:03     16 Yanvar 2017 plane-crash.jpg

Qırğızıstanda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30-u keçib.


Qırğızıstan Səhiyyə Nazirliyindən `RİA Novosti`yə bildirilib ki, hadisə yerindən 8 nəfər xəstəxanaya aparılıb. Onlardan 6-sı uşaqdır. Nazirlikdən onu da bildiriblər ki, ölən və xəsarət alanların sayı barədə açıqlanan rəqəm son deyil, dəyişə bilər.

“Türk Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 747” yük təyyarəsi bu gün səhər Honkonq-Bişkek reysini yerinə yetirərkən qəzaya uğrayıb. Qırğızıstan FHN-in məlumatına görə, təyyarə Bişkek aeroportu yaxınlığında bağ evləri yerləşən qəsəbədə qəzaya düşüb.

Ölənlər arasında yerli sakinlər və ekipaj üzvləri var.

Femida.az

Açar sözlər:

Oxunub: 17667