Baş Prokurorluq cinayət işi açdı - Türkiyə təyyarəsinə görə


14:48     16 Yanvar 2017 teyyare%20turkiye.jpg

Qırğızıstan Baş Prokurorluğu Bişkek yaxınlığında "Manas" beynəlxalq hava limanında Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarısi ilə bağlı açıqlama verib.


Femida.az RİA Novosti-yə istinadən məlumat verir ki, prokurorluqda qəza və insan tələfatı ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1083