`Qara qutu` tapıldı - Ekspertlər Bişkekə gəlir


19:12     16 Yanvar 2017 kargo-ucagi-1000.jpg

Qırğızıstanda Bişkekin "Manas" hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747-400" təyyarəsinin "qara qutu"su aşkar edilib.


Femida.az xəbər verir ki, hadisə yerində aşkar olunmuş "qara qutu" qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək.

Qeyd edək ki, qəzanın səbəblərinin araşdırılması üçün Bişkekə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri gələcəklər.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1456