Gəncədə şahmat yarışı keçirilib - FOTO


22:08     16 Yanvar 2017 gence%2027.jpg

Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gəncə Şahmat Şəhəri” layihəsi çərçivəsində Gəncə Şahmat məktəbində çempionat keçirilib.


Femida.az xəbər verir ki, əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması və eləcə də şahmat idmanının gənclər arasında təbliği olan layihədə 30 nəfər uşaq və yeniyetmə iştirak edib.

Layihə rəhbəri Kamran Məmmədovdan aldığımız məlumata görə layihəyə cəlb olunmuş 30 uşaq və yeniyetmənin arasında baş tutmuş çempionat 7 turdan ibarət olub.

Çempionatda iştirakçılar 2 yaş qrupunda mübarizə aparmış və qaliblər sertifikat və hədiyyələrlə təltif olunmuşlar. Təltif etmə mərasimində Gəncə şəhər Şahmat Məktəbinin müəllim və hakim heyyəti ilə yanaşı Gəncə Şəhər İcra hakimiyyətinin nümayəndəsi,Gəncə şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi, və eləcə də valideyinlər iştirak ediblər.

Çempionatın keçirilməsinə Gənc şəhər Şahmat Məktəbi ilə yanaşı Gəncə şəhər Gənclər və İdman İdarəsi də yaxından dəstək olmuşdur.



Femida.az

Açar sözlər:

Oxunub: 1528