Şamaxıda top mərmisi tapılıb


22:22     16 Yanvar 2017 top%20mermisi8.jpg

Şamaxı rayonunun Sağıyan kəndində torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi (PS-34) aşkar edilib.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, Topmərmisinin daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.

Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 16-dək Füzuli və Şamaxı rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib, 1 196 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 950 kv.m ərazi yoxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1124