Yavər Camalov İtaliya şirkətinin baş direktorunu qəbul edib


22:59     16 Yanvar 2017 103-2.JPG

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov İtaliyanın “Gruppo Leonardo-Finmeccanica” şirkətinin baş direktoru Mauro Morettinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Müdafiə Sənayesi Nazirliyindən (MSN) Femida.az-a verilən məlumata görə, nazir Y. Camalov nümayəndə heyətinə MSN-nin fəaliyyəti barədə məlumat verib.

Görüş zamanı mümkün əməkdaşlıq sahələrinə dair müzakirələr aparılıb.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo da iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1124