• Ana səhifə / Manşet

Xəbər lenti

`Ələkeçməz` bandanın aqibəti – Oğru dünyası


Tarix 28.07.15, 15:35



Bəhram Çələbi
Femida.az üçün

“Ələkeçməzlər” və yaxud “Böyük qrup” – Rostov şəhər məhkəməsində ittiham olunan bandit qruplaşmasını məhz belə adlandırırdılar. Bu ad onlara təsadüfən verilməyib, çünki “Ata Rostov” hələ bu vaxta qədər belə qəddarlıqlar görməyib. Bandanın 28 üzvü ümumilikdə 300 il barmaqlıqlar arxasında keçirəcək, bundan başqa iki nəfər başçı isə ömürlük həbsdə qalacaqdı...

...Hadisəyə bir qədər uzaqdan başlayaq. 1997-ci il avqust ayının 30-da Rostovda şəhərin ən sayılıb-seçilən avtoritetlərindən biri – 38 yaşlı Vitali Qribov qətlə yetirilir. Onu evinin yanındaca gəzdiyi özündən 20 yaş cavan hamilə qızla birlikdə öldürmüşdülər. Kriminalistlər müəyyənləşdirirlər ki, bu hadisədən əvvəl valyuta alverçisi İvan Qovorovun da həyatına həmin silahdan açılmış gülləylə son qoyulmuşdu. O vaxt həmin qətl hadisəsi açılmamışdı.

Qribovun ölüm işinin istintaqı zamanı müstəntiqlərə məlum olur ki, onun dul qalmış xanımı tez-tez tanışlarının evinə gedir və böyük məbləğlərdə borca pul götürür. O, hətta Batayskda anası ilə birlikdə yaşadığı mənzilini də borca qoymuşdu. Qribovun xanımı ilə bir ildən də az birgə yaşamasına baxmayaraq, onu hər tərəfli təmin etməsini nəzərə alaraq, qadının bu hərəkətində müstəntiqlər bir qəribəlik görürdülər. Və elə bu qəribəlik də milislərin diqqətin-dən yayınmır. Belə ki, dəfn mərasiminə də qadın böyük xərc çəkməməişdi. Məclisin bütün xərclərini Vitalikin dostları, podelnikləri ödəmişdilər.

Keçirilən əməliyyatlar nəticəsində məlum olur ki, Qribovun qətlini Dmitri Yaşenkonun başçılıq etdiyi bandaya məhz elə onun həyat yoldaşı Yelena Qri-bova sifariş edib. Qatillərlə əlaqəni isə bandanın başçısı ilə yaxın münasibətləri olan aşnası sayəsində qurub. Qribova anlayırdı ki, tez bir zaman kəsiyində Vitali onunla boşanacaq, indi isə qanuni arvad kimi o, şəhərin mərkəzindəki villa-ya, mənzilə və qarajdakı üç xarici maşınlara sahib ola bilərdi. Yaşenkoya 10 min dollar vəd edən qadın haqqı vərəsəlik hüququ tam təsdiq olunandan sonra ödəyəcəyini bildirir.

Killerlər avtoritet Vitalini tam üç həftə izləyirlər. Avqustun 30-da isə Ya-şenkonun adamları Qribovun evinin yanında pusqu qururlar. O, gecədən xeyli keçmiş həmin vaxt ondan hamilə qalan 18 yaşlı sevgilisi ilə birlikdə gəlir. Avtorietetin əl-qolunu qarmalayaraq, binanın giriş qapısından içəri çəkib başa salırlar ki, onun qətlini sifariş ediblər. Lakin 20 min dollar ödəyəcəyi təqdirdə onu kimin və nəyə görə sifariş etdiyini söyləyəcəklərinə, əlavə olaraq, həmin adamı aradan götürəcəklərinə söz verirlər. Lakin Qribov son nəfəsinə qədər kişi kimi hərəkət edərək, killerlərin təklifini rədd edir və üstəlik geci-tezi onları tapacağı ilə də hədələyir. Yaşenkonun adamları böyük təəssüf hissi ilə Qribovu və ya-nındakı qadını güllələməyə məcbur olurlar.

Killerlər sifarişi yerinə yetirmələrinə baxmayaraq, Yelena Qribovadan vəd olunmuş pulu ala bilmirlər. Dul qadının özünün o qədər pulu yox idi, ərinin əmlakına isə istintaq həbsi qoyulur. Qadın əməliyyatçıların maraq dairəsinə da-xil olduğunu sezmədən borca girir. Tezliklə qadını həbs edirlər və onun ifadəsinə əsasən Yaşenkonun Qribovun qətlində iştirak etmiş adamlarından bir neçəsini də yaxalayırlar. Tutulanların istintaqı nəticəsində başqa qaranlıq mətləblərin də üstü açılır. Məlum olur ki, avtorietetin qətli “Ələkeçməzlər”in qanlı fəaliyyətindən yalnız bir epizoddur.

Bandanın yaranması

Rostovun ən qəddar bandası hələ 1996-cı ildən meydana çıxır. O zaman Komidə qarət üstündə cəza çəkən Dmitri Yaşenko vərəm xəstəliyinə “tutularaq” , müalicə üçün türmədən buraxılır. Əslində isə Yaşenko nə islah olunmaq yolundaydı, nə də vərəm xəstəsi. Sadəcə olaraq, aferist qumarbaz bir udumluq azadlıq əvəzinə türmə rəisinə lazımı qədər “çistoqan” (nağd pul) ödəmiş, zabitlərin və nəzarətçilərin avtomobilləri üçün ehtiyat hissələr gətirəcəyinə söz vermişdi.

Həbs müddətinin sonuna hələ bir il qalmışdı. Lakin doğma Rostovunda azadlıq havasını ciyərlərinə çəkən zek geriyə, lagerə qayıtmadı. O, özü üçün biznes yaratmağı qərara alır və elə bu məqsədlə də ilkin kapitalı risqli işlərdən əldə etməyi planlaşdırır.

Yaşenko Rostova onun oturduğu kolonda srokunu başa vurmuş Mixail Borovski ilə gəlir və tezliklə ətrafına həmfikirlərindən ibarət dəstə toplayır. Birlikdə Borovskini iki şəxsi mənzilini satmağa və həmin pula döyüş sursatları almağa məcbur edirlər.

Birinci iş yağ kimi gedir. Dəstə biznesmen Boreyevin 66 milyon rubla av-tomobil satması və həmin pulu evində saxlaması barədə məlumat alır. Milis forması geyinən banditlər birbaşa onun evinə gedirlər. Boreyev də heç nədən şübhələnmədən qapını onların üzünə açır. Bir-iki dəqiqədən sonra bədəninin müxtəlif yerlərindən qızmış ütü ilə yanıqlar almış biznesmen əmanətin yerini göstərir. Banditlər ona təşəkkürlərini bildirərək aradan çıxırlar.

Yüngül qazanc əldə etmələri “ələkeçməzlər”i növbəti cinayətə sövq etdirir, lakin birincidən fərqli olaraq, bu dəfə iş qansız ötüşmür. Yük gəmisinin kapitanı Subbotin komandasının fikrinə görə həddən artıq əzazil adam imiş. Kapitandan qisas almaq üçün dənizçilər onun mənzilinin yerini Yaşenkonun adamları-na nişan verirlər. Onlara bildirirlər ki, kapitanın mənzilindən ən azı 30 min dollar götürə biləcəklər. Subbotin və ailəsi haqda əlavə məlumatı banditlər dəqiqliyi ilə yığırlar. Onlar milis formasında bir-bir qonşu mənzilləri gəzərək lazım olan hər nə varsa, öyrənirlər.

1996-cı il dekabr ayının 12-də kapitan dənizdə olan müddətdə qarətçilər onun mənzilinə hücuma keçirlər. Kapitanın evdə olan pulların yerini demək istəməyən həyat yoldaşını üçyaşlı qızının gözləri önündəcə güllələyirlər. Bundan sonra aparılan axtarış heç bir nəticə vermir. Əliboş getməmək üçün onlar öldürdükləri qadının barmağındakı nişan üzüyünü və qulaqlarındakı sırğalarını çırpışdırıb aradan çıxırlar.

Uğursuzluq banditləri daha da qızışdırır. Qandan isə artıq qorxmurdular. 1997-ci il fevral ayının 8-də onlar "V.A." ticarət mərkəzinin anbarına hücum edirlər. Qarovulçuların ikisini elə yerlərindəcə qətlə yetirirlər. Sonra firmanın direktoru Bazdikyanı güllələyərək, kabinetindəki üç çanta pulu götürüb aradan çıxırlar. Çantada köhnə rublla 300 milyon olur.

Banda üzvlərinin bir-birinə inamı barədə həmin basqının bircə epizodunu söyləmək kifayət edər. Borovski Yaşenkodan it kimi qorxurdu. Bu dəfə başçı onu iş dalınca Subbotinin arvadını öldürdükləri silahla göndərmişdi. Anbarda isə, məlum olduğu kimi, atəş açmaq məcburiyyətində qalırlar. Belə olan halda Borovski yoldaşlarının onu qətlə yetirib, hər iki ölümü onun ayağına yazacaqlarından qorxaraq, cibindəki əl qumbarasını çıxarıb, halqasını çəkərək qışqırmağa, kompanyonlarını hədələməyə başlayır. Bildirir ki, onu güllələmək fikrinə düşdükləri anda, hamısını partladacaq. Yoldaşları dəmir əsəbli insanlar olduqlarından Borovskini sakitləşdirə bilirlər. Nəticədə onu bu hadisəyə görə rublla cəzalandırırlar, belə ki, qənimət bölgüsündə 300 milyondan cəmisi 400 min rublu ona çatır.

Həmin ilin yayında “ələkeçməzlər”in üzvləri neft biznesi ilə məşğul olan sahibkarın mənzilinə basqın edirlər. Əvvəlcədən onun iş bölgüsünü izləyirlər. Səhər erkən qurbanları evindən çıxan kimi onu itələyib qapısından içəri salır və güllələyirlər. Mənzildən 12 min dollar götürürlər. Bundan əlavə qolundakı qızıl "Roleks"i də çıxarmağı unutmurlar.

Bandanın hesabında mənasız cinayətlər də vardı. 1998-ci ilin fevralında onlardan üçü yolda maşınlarına götürdükləri milis əməkdaşının başından küt alətlə vuraraq şəhər kənarına aparırlar. Orada onu elə öz tapançası ilə güllələmək istəyirlər. Lakin sən demə, qoburdakı qaz tapançası imiş. Belə olan halda milisi bayılanadək döyür, 18 dərəcəlik şaxtada atıb gedirlər. Elə zənn edirlər ki, yaralı vəziyyətdə o, çox dözüş gətirməz. Lakin “dinamoçu” milisin canı bərk olur. Nəticədə o, nəinki sağ qalır, hətta bandanın hər üç üzvünün fotosunu yaradır və sonradan onları tanıyır.

Bandanın üzvü Sergey Reynqrubertin törətdiyi qətl bundan da axmaq gö-rünür. O, küçənin ortasındaca yoldan keçən kişini döyüb öldürmüşdü. Nədir, nədir, bəs o, Sergeyin "Saat neçədir?" sualına bir qədər kobud cavab veribmiş. Artıq bandanın üzvləri cəzasız qalmaqdan elə qudurmuşdular ki, günahı oldu-olmadı, adi keyfləri xatirinə kimi gəldi öldürürdülər.

Bir sözlə, banda üzvləri tək qəddarcasına deyil, həm də alçaqcasına hərəkət edirdilər. Deyilənlərə görə, bir dəfə bandanın üzvü Yuri Xaskel sevdiyi qız və onun anası ilə ad gününə hazırlaşarkən qızın yaxasında bahalı qədim qızıl san-caq görür. Xaskel qıza məsləhət bilir ki, "qızıl böcək"lə bazar-dükana girmək risqlidir, yaxşısı budur, onu evdə qoysun. Qonaqlıqda o, qızın çantasını ehti-yatla götürərək açarı çıxarır və "podelniki" Volkova ötürür. O da qaçaraq evə yollanır. Sancağı və digər qiymətli əşyaları yığışdırıb geri qayıdır. Açarı təzədən yerinə qoyurlar.

Rostovlu İvan Qovorov varlılardan rubl alaraq onu valyutaya çevirməklə dolanırdı. Məsələ burasındadır ki, Qovorovun banklarda tanışları vardı və o, pulu lap aşağı kursla dəyişirdi. Qovorov 100 min dollardan yuxarı məbləğlə əməliyyat keçirdiyindən özünə az gəlir qalmırdı. Günlərin birində yaxın tanışı Xaskel ona banka gedib-gəlmək üçün cangüdən tutmasını və bu məqsədlə öz adamlarını məsləhət bilir. Qovorov da razılaşır. Günün birində isə həmin vəzifəni yerinə yetirmək üçün Xaskel özü gedir. Bankın binasından azacıq aralanan kimi Qovorovu elə maşındaca güllələyərək, cəsədini şəhərdən çıxarıb, Bataysk yolunun üstündə üfunətli bir yerə atır…

Killerləri şərti olaraq bir neçə qrupa bölmək olar. Birinci tip killerlər qazamatda oturmuş eks zeklərdən ibarətdir. Bu tpdən olan qatillər ya tutulur, ya da müəmmalı şəkildə həlak olurlar. Onlar adətən etibar etdikləri, inandıqları adamlardan aldıqları silahlardan istifadə edirlər.

Başqa qrupa aid killerlər qətlə “bədbəxt hadisə” donu geyindirməklə işləyirlər. Onlar qurbanı maşınla vurmaqla ( yol qəzası immitasiyası), mənzilində yandırmaqla ( guya yataqda papiros çəkərkən), narkotik zəhərlənmə ilə (peredozirovka, “qızıl iynə” ) öldürürlər.

Üçüncü tip killerləri öz işinin ustaları adlandırırlar. Onlar ən yüksək qiymətə “iş” görənlərdir ( Solonik- “Aleksandr Makedonski”, “Lyoxa Soldat”, Sergey Baturin – “İt arısı”...).

Mentlərə “iş” verən

Yuxarıda söylədiyimiz kimi, Qovorov və Qribov eyni silahla qətlə yetiril-mişdilər. Sən demə, “Ələkeçməzlər”in öz silah düzəldəni varmış. Aleksey Sısu-yev elmi-tədqiqat institutlarından birində işləyir və elə oradan da tapança dü-zəltmək üçün vəsait çıxarır, komponentləri isə evindəki dəzgahda asanca hazır-layırdı. Hər tapança səsboğanı və lüləsini min dollara satırmış. Özü də onun əlinin məhsulundan heç biri zay çıxmırdı. Sonradan məlum olduğuna görə, Sı-suyevin Rostov milisində dəstəyi varmış, mentlərə “iş” də verirmiş.

Onun hazırladığı silahla bandanın işindəki ən səs-küylü cinayət törədilir. 1997-ci ildə Sızran SİZO-nun rəisi Yevgeni Borodin qətlə yetirilir.

Cəmi bir neçə ay əvvəl həbsxanaya rəis təyin olunan Borodin ciddi qayda-qanun yaradaraq, bayırdan "qrev" gələn yolları tamam bağlamışdı. Yeni qanun avtoritetlərin ürəyincə olmur. Günün birində isə xozyain hamının qarşısında vorzakon Qivi Kolımskini lağa qoyur, təhqir edir. Belə işləri oğrular arasında qanla yuyurdular və Qivi də "xozeyni yaşlamaq", qətlə yetirmək məsələsini ksiva vasitəsi ilə Yaşenkonun dəstəsinə tapşırır.

Killer Vladimir Jivayev hədəfdən yayınmır. Elə ki, onu Kolımski ilə birlikdə müttəhimlər kürsüsündə əyləşdirirlər, killer heç bir sifariş-filan olmadığını söyləyir. Bildirir ki, guya pivə barından çıxdıqdan sonra rəisin evinin qarşısında təbii etiyacını ödəyərkən Bo-rodin onu görüb təhqir etdiyindən o, silaha əl atmalı olub. Məhkəmə bunun ək-sini sübut edə bilmədiyindən Civayevi sifarişli qətl deyil, qatı xuliqanlıq üstündə mühakimə edir.

Yelena Qribova həbs edildikdən sonra bandanın bir neçə üzvü də tutulur. Lakin Yaşenko ilə birlikdə digər üzvlər azadlıqda qalırlar. Bandadaxili münasi-bətlər xeyli kəskinləşir. Bu azmış kimi, Yaşenko Jivayevin sevdiyi qızı özüylə aparır və buna görə killer başçını öldürəcəyinə söz verir.

Problemlərin çoxluğundan banda üzvlərinin peşəkarlığı xeyli zəifləmişdi. Belə ki, bir zərgərin evini aparmaq istəyirlər, lakin onu elə avamlıqla, məharətsizcəsinə izləyirlər ki, qurbanın zövcəsi küçədə dörd nəfər yad kişini görərək milisə xəbər verir. Bununla da ərini ölümdən xilas edir. Zərgərin evinin yanında həbs olunan dəstə üzvlərini vertuxaylar elə işgəncələrə məruz qoyurlar ki, hamısı bir-birini ifşa edən izahatlar verirlər. Onların ifadəsindən sonra Yaşenkonun özünü də yaxalayırlar.

"Böyük qrup"un işi üzrə istintaq iki ilə qədər davam etdi. 71 cilddən ibarət cinayət işində bandanın 14 qətl hadisəsi də daxil olmaqla 96 cinayət əməlindən söhbət gedirdi.

Bandaya bir çox “nakolka” (tapşırıqlar) verən Sergey Butorin – “Osya” (“İt arısı”) isə İspaniyaya qaçaraq gizlənməyə imkan tapdı.

Xəbərin oxunma sayı : 4369









Araşdırma
img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img