Məktəblərdə 5 gün dərs olmayacaq
00:46 17 Yanvar 2017
Yanvarın 27-dən 31-nə qədər dərs olmayacaq.
Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı orta məktəblərdə qış tətili ilə bağlı danışarkən deyib:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib”.
Femida.az
Oxunub: 1208
Oxşar xəbərlər
- Məktəblərdə neçə gün tətil olacaq?
- Məktəblərdə işə qəbul üzrə müsabiqənin vaxtı açıqlandı
- Məktəblərdə ilk dərs Cocuq Mərcanlıya həsr ediləcək
- Məktəblərdə tətil günləri açıqlandı
- Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv olunmayacaq
- Məktəblərdə tətil günlərinin vaxtı açıqlanıb
- Məktəblərdə dezinfeksiya işləri aparılır
- Məktəblərdə 5 gün dərs olmayacaq
- Məktəblərdə ixtisar gözlənilirmi?
- Məktəblərdə Yeni il şənlikləri keçiriləcək? – Nazirlikdən açıqlama