Neft ucuzlaşdı


02:54     17 Yanvar 2017 1437028799_neft.jpg

Neftin dünya qiymətləri investorların neft hasilatçılarının OPEC paktına əməl edəcəyi və bazarda xammalın qlobal bolluğu ilə bağlı problemi həll edəcəklərinə şübhə ilə yanaşmaları səbəbindən bazar ertəsi ucuzlaşmaqda davam edib.


Bakı vaxtı ilə 21.20-yə olan vəziyyətə görə, Şimal dəniz qatışığı olan "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 0,07 faiz aşağı düşərək bir barel üçün 55,41 dollar təşkil edib. WTI markalı yüngül neftin fevral fyuçerslərinin qiyməti 0,17 faiz azalaraq bir barelə görə 52,28 dollara düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 938