İstanbulu qana boyayan terrorçu tutuldu - VİDEO
13:01 17 Yanvar 2017
Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Femida.az-ın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.
Məlumata görə, səhər saatlarında terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra məlum olub ki, hadisəni törədən şəxs ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Oxunub: 6837
Oxşar xəbərlər
- İstanbulun sabiq valisi həbs olundu
- İstanbulu qana bulayanlar Rusiya vətəndaşları çıxdı
- İstanbulu Tacikistan əsilli terrorçular partladıb - Foto
- İstanbulu qana bulayan terrorçuların - FOTOLARI
- İstanbulu partladan 4 nəfər tutuldu
- İstanbulu partladan terrorçunun fotosu + (VİDEO)
- İstanbulu partladan İŞİD-çinin FOTOSU
- İstanbulu partladanın kimliyi bilindi
- İstanbulu kim partlatdı?