Səudiyyə qadınları kişilərdən azadlıq tələb edir


13:14     17 Yanvar 2017 gettyimages-163142302.jpg

Tvitter istifadəçiləri Səudiyyə Ərəbistanında kişilərin qadınlar üzərində himayəçiliyi barədə qanunun ləğv edilməsinə dair kampaniyanı dəstəkləyiblər.


Bu barədə məlumatı “Sputnik Arabic” agentliyi yayıb.

Şəbəkə istifadəçiləri ingili dilində “#IamMyOwnGuardian” (“Mən özüm özümə qəyyumam”) və ərəb dilində “Səudiyyə qadınları 192 nömrəli qanunun ləğv olunmasını tələb edirlər” heşteqlərini paylaşırlar.

Qeyd edək ki, hazırki qanunlara əsasən, Səudiyyə Ərəbistanında kişilərin qadınlar üzərində “qəyyumluq” rolu var. Kişinin icazəsi olmadan, qadına avtomobil sürmək, ev kirayələmək, xaricə çıxmaq və məhkəməyə müraciət etmək qadağandır.

Beş il əvvəl ölkədə bu qanunun ləğv edilməsinə dair kampaniya başlanılıb. Ötən ilin sonunda 21 yaşdan yuxarı olan qadınların “sərbəst şəxsiyyət” qismində tanınması ilə bağlı petisiya 14 mindən çox imza toplamışdır. Lakin krallıq hakimiyyəti bu təşəbbüsü rədd etmişdir.

Femida.az

Açar sözlər:

Oxunub: 1573