Qəbələdə 4 otaqlı ev yandı


13:25     17 Yanvar 2017 azvisionyangin0633.jpg

Bu gecə Qəbələ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 70 m² sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 05.08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1089