Aydın Əliyev tapşırıq verdi - Problemlər yerində həll olundu


14:26     17 Yanvar 2017 aydin-aliyev.jpg

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.


Femida.az-ın məlumatına görə, qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

A. Əliyev müraciətləri dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub.

DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1966