Borcları silinmiş vergi ödəyicilərinin SİYAHISI


15:51     17 Yanvar 2017 vergi-borcu-nasil-taksitlendirilir_646x340.jpg

Faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz olaraq silinmiş vergi ödəyicilərinin siyahısı açıqlanıb.


Femida.az-ın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısında 18 932 müəssisə və şirkətin, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş fiziki şəxslərin adlı siyahısında isə 50 163 nəfərin adı var.

Femida.az

Açar sözlər:

Oxunub: 2261