`Reina` terrorçusundan etiraf


16:24     17 Yanvar 2017 terror%20143.jpg

Yeni il gecəsi İstanbulun “Reina” gecə klubunda terror aktı törətməkdə şübhəli bilinərək ötən gecə saxlanılmış Özbəkistan vətəndaşı Əbdülqadir Maşaripov terror aktını törətməsini etiraf edib.


Femida.az xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 7069