`ATƏT daxilində konsensus yoxdur` - Lavrov Qarabağdan danışdı


16:55     17 Yanvar 2017 lavrov%20etiraff.jpg

"Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır"


Femida.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

Nazir ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub:

"Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur".

Femida.az

Açar sözlər:

Oxunub: 2409