Sovet ordusu Bakıya bu istiqamətlərdən daxil olub


18:28     17 Yanvar 2017 lake.jpg

Üzərindən 27 il keçməsinə baxmayaraq, XX əsrin ən dəhşətli faciələrindən biri olan “20 Yanvar” faciəsinin günahkarları hələ də layiqli cəzalarını almayıblar.


Faciə ilə bağlı Azərbaycanda aparılan istintaqa xitam verilməsə də, artıq neçə illərdir bu işdə yenilik yoxdur. Respublika Prokurorluğunun mətbuat xidməti bildirir ki, bu işlə bağlı 68 cildlik istintaq materialları Moskvada saxlanır. Həmin materialların qaytarılması və təqsirləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət edilsə də, hələ də Azərbaycanın sorğularına müsbət cavab verilməyib.

Qeyd edəki, Bakıya sovet qoşunları 5 istiqamətdən daxil olublar. İlk olaraq yanvarın 19-da axşam saat 10-da Binə-Qala marşurutu ilə şəhərə giriblər. Daha sonra müxtəlif vaxtlarda Salyan Kazarması, Qurd Qapısı, Sumqayıt “Nasosnı” və Xəzər dənizindəki sovet hərbi donanmasının gəmilərdindən Bakıya qoşun yeridilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2963