Bakının 2 rayonunda qaz olmayacaq


22:17     17 Yanvar 2017 1432729161_qaz7.jpg

Sabah Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.


SOCAR-dan Femida.az-a verilən məlumata görə, yanvarın 18-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Alatava" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Femida.az

Açar sözlər:

Oxunub: 976