Xırdalanda qəza - Piyada öldü


23:41     17 Yanvar 2017 piyada%20qeza.jpg

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Abşeron Rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, bu gün rayonun Xırdalan şəhərində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Muxtarov Aydın Sərdar oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1239