Rusiyadan İrana quş əti qadağası


00:44     18 Yanvar 2017 rusiya_bayragi.jpg

Rusiya Kənd Təsərrüfatı Mallarına Nəzarət İdarəsi İranın quşçuluq məhsullarının federasiyaya idxalına müvəqqəti olaraq məhdidiyyət qoyub.



Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu tədbir İranda quş qripinin yayılması ilə əlaqədar görülüb.

Məlumata görə, məhdudiyyət diri quşa, eləcə də quş ətinə və isidici emal keçməyən bütün quşçuluq məhsullarına şamil edilir.

Bundan əlavə, quş yemləri və əlavələrinin də idxalına qadağa qoyulub.

Açar sözlər:

Oxunub: 1821