Generalın səhvi : Qaçqın düşərgəsi bombalandı


02:18     18 Yanvar 2017 nigeriya%20terror.jpg

Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qaçqın düşərgəsinə səhvən endirdiyi zərbə nəticəsində 100-dən çox insan həlak olub.


Bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Qeyd edək ki, "France Press" bundan əvvəl "Sərhədsiz Həkimlər" təşkilatına istinadən bombardman nəticəsində 50 nəfərin ölməsi, 120 nəfərin yaralanması barədə xəbər yayıb.
Nigeriya ordusunun generalı Laki İrabor da bildirib ki, "Boko Haram" radikal qruplaşmasına qarşı əməliyyat zamanı Hərbi Hava Qüvvələri səhvən qaçqınlar düşərgəsinə və humanitar xidmətin ərazisinə bomba atıb. Nəticədə bir neçə nəfər həlak olub.
Onun sözlərinə görə, bombardman nəticəsində "Sərhədsiz Həkimlər" və Beynəlxalq Qırmızı Xaç komitəsinin bir neçə əməkdaşı yaralanıb. General yaralananların və ölənlərin sayı barədə hər hansı açıqlama verməyib.

Açar sözlər:

Oxunub: 3060