Moskva-Yerevan təyyarəsində dava düşdü


14:42     18 Yanvar 2017 fight-broke-out-on-plane-over-music-being-played-out-loud.jpg

Moskva-Yerevan marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişinlərdən biri dava salıb.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, insident yanvarın 16-da baş verib.

Məlumata görə, sərxoş vəziyyətdə olan 50 yaşlı kişi bort bələdçilərini təhqir edib, onlara zor tətbiq etməklə hədələyib, ekipaj üzvləri ilə mübahisə edərək, dava etməyə çalışıb.

Təyyarə Yerevan aeroportuna eniş etdikdən sonra davakar sərnişin polis əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 6012


Oxşar xəbərlər