`Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub` - İlham Əliyev


16:05     18 Yanvar 2017 ilham%20eliyev%20icraci.jpg

Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.


Femida.az-ın məlumatına görə, CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib.

Prezident İlham Əliyev isə Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğulayıb.

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda CISCO şirkətinin icraçı sədri Con Çamberslə görüşüb.

Femida.az xəbər verir ki, görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1019