Əbülfəs Qarayev baş katiblə görüşdü


15:05     18 Yanvar 2017 ebulfes88.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Madriddə Dünya Ticarət Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlıq, “Beynəlxalq davamlı turizm ili” çərçivəsində görüləcək işlər, may ayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı müzakirələr aparılıb.

Əbülfəs Qarayev Azərbaycan prezidenti İlham Əliyevin son aylarda turizm sahəsi ilə bağlı sərəncamlar verdiyini, Turizm Şurasının yaradıldığını, turizm sahəsinin inkişafı ilə bağlı strateji yol xəritəsinin təsdiq edildiyini diqqətə çatdırıb.

Nazir 2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11 faiz artım olduğunu qeyd edərək bu rəqəmin 2017-ci ildə daha da artacağını vurğulayıb.

Görüşün sonunda qərara alınıb ki, Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında işçi qaydada intensiv təmaslar davam etdirilsin.

Femida.az

Açar sözlər:

Oxunub: 1070