Göyçayda 5 otaqlı ev yanıb


16:35     18 Yanvar 2017 1436418566_gedebeyde-rayonunda-sexde-yangin-bash-verib.jpg

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.


Femida.az xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində Göyçayın Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Abdullayev Bayram Hacı oğluna məxsus ümumi sahəsi 280 kvadratmetr olan 5 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 və Ucar Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin 130 kvadratmetrlik hissəsi içəridəki məişət əşyaları ilə birgə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər mənzilin 150 kvadratmetrlik hissəsini, eləcə də yaxınlıqdakı tikililəri alovdan mühafizə edib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1038