Sarkisyan `Ded Xasan`la bir arada (VİDEO)


17:24     18 Yanvar 2017 sarkisyan0.jpg

Ermənistan prezidenti Serj Sarkisyanın "Ded Xasan" ləqəbli Aslan Usoyanla görüntüləri yayılıb.


Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, video Feysbuk istifadəçisi Artsrun Avetisyan tərəfindən paylaşılıb. Görüntülər 1993-ci il mayın 28-də Ermənistan müstəqillik gününü münasibətilə təşkil olunan ziyafətdə çəkilib.

Xatırladaq ki, Serj Sarkisyan 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1995-1996-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 19 fevral 2008-ci ildən isə Ermənistan Respublikasının prezidentidir.

Qeyd edək ki, milliyətcə yezidi kürd olan Aslan Rəşidoviç Usoyan 27 fevral 1937-ci ildə Tiflisdə anadan olub. O, Rusiyanın ən böyük mafioz klanlarından birinin lideri kimi tanınırdı. Kriminal avtoritet "Ded Xasan"ın ölümü ilə bağlı ortaya atılan ilkin versiya sifarişli qətl versiyasıdır. Rusiya və Türkiyə KİV-lərində "Ded"in öldürülməsi haqda xəbərlər yayılarkən onun PKK kürd terror təşkilatı ilə əlaqələrinin olduğu da bildirilirdi.



Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 11727