Mərkəzi Bankda struktur dəyişiklikləri olub


17:52     18 Yanvar 2017 merkezi%20bank%20femida1.png

Azərbaycan Mərkəzi Bankında iki yeni bölmə yaradılıb.


Femida.az bu barədə Mərkəzi Bankın saytına istinadən xəbər verir.

Məlumata görə, bankın strukturunda iqtisadi maarifləndirmə xidməti və Sumqayıt ehtiyat mərkəzi yaradılıb.

İqtisadi maarifləndirmə xidmətinin rəhbəri Ülkər Babayeva, Sumqayıt ehtiyat mərkəzinin direktoru isə Xudaverdi Lazımov təyin olunub.

Bundan başqa, Makroiqtisadi tədqiqatlar departamenti İqtisadi təhlil departamenti, İqtisadi inkişaf tədqiqatları departamenti isə Tədqiqatlar departamenti adlandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1041