Buraxılış imtahanları ödənişsiz olacaq
18:01 18 Yanvar 2017
2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə (IX sinif) təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) fənn kurikulumlarının tətbiqi ilə bağlı bütün yeniliklər nəzərə alınaraq yeni qaydalar əsasında həyata keçiriləcək.
Femida.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva deyib. Onun sözlərinə görə, təsdiq olunmuş yeni qaydalara əsasən IX sinifdə buraxılış imtahanı II mərhələdə təşkil olunacaq:
“I mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq və 10 qapalı tipli, Riyaziyyat fənnindən 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər I mərhələdə təqdim edilmiş mövzulardan seşməklə könüllülük əsasında esse yazırlar. II mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı test təqdim olunur. I mərhələdə 30, ll mərhələdə 70 bal toplamaq lazımdır. Buraxılış imtahanının I mərhələsində imtahan vaxtı 2 saat 30 dəqiqə, tapşırıqların yerinə yetirilməsinə 2 saat, essenin yazılmasına 30 dəqiqə ayrılır. Il mərhələdə imtahan vaxtı 1 saat 30 dəqiqədir”.
A.Batıyeva qeyd edib ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilir və təhsil alanlar üçün ödənişsizdir: “Buraxılış imtahanında iştirak etməyən şagirdlərə attestat verilməyəcək”.
Femida.az
Oxunub: 1042
Oxşar xəbərlər
- Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb
- Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİK
- Buraxılış imtahanı verə bilməyən şagirdlərə ŞAD XƏBƏR
- Buraxılış imtahanlarının nəticələri açıqlanıb
- Buraxılış imtahanında 57088 şagird imtahan verəcək
- Buraxılış imtahanları keçiriləcək
- Buraxılış imtahanlarının nəticələri açıqlanıb
- Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb
- Buraxılış imtahanının I mərhələsi keçirilir
- Buraxılış imtahanlarının vaxtı məlum oldu