Bakıda Holokost qurbanları anıldı - FOTOLAR


16:40     27 Yanvar 2017 holokost1.jpg

Bakıda Holokost qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.


İsrailin Azərbaycandakı səfirliyindən Femida.az-a verilən məlumata görə, tədbir Aşkenazi yəhudilərinin sinaqoqunda baş tutub.

Tədbirdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, eləcə də xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav ekstremist ideologiya, ksenofobiya və nifrətin yaratdığı təhlükə barədə xəbərdarlıq edib.

O qeyd edib ki, belə cinayətlərin təkrarlanmasının qarşısının alınması məqsədilə tədbirlər görülməsə, bu, Xolokost qurbanlarının ruhuna təhqir olacaq.

Qeyd edək ki, rəsmi mənbələrə görə, Holokost nəticəsində 6 milyona yaxın yəhudi həlak olub.

Femida.az

Açar sözlər:

Oxunub: 7255