• Ana səhifə / Manşet

Xəbər lenti

Mingəçevir-Bəhramtəpə yolu yenidən qurulur - FOTOLAR


Tarix 03.02.17, 10:59


“Azəravtoyol” ASC tərəfindən 154.4 km uzunluğu olan Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R18) yenidən qurulması işləri aparılır.


Bu barədə Femida.az-a qurumdan məlumat verilib.

Avtomobil yolu 3 hissə üzrə yenidən qurulur. 1-ci Mingəçevir-Mingəçevir stansiyası hissəsi (km 0-16.4), 2-ci Aran-Qarağacı hissəsi (km 0-26) və 3-cü isə Qarağacı-Bəhramtəpə hissəsidir (km 26-138). 16.4 km-lik Mingəçevir-Mingəçevir stansiyası hissəsində yenidənqurma işlərinə ötən il start verilib və işlərin bu ilin yay aylarında yekunlaşdırılması planlaşdırılır. Sözügedən hissə 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur.

Yolun hərəkət hissəsinin eni 7.5 metr olmaqla ümumi eni 15 metr təşkil edəcək və 2 hərəkət zolağından ibarət olacaq. Hər iki istiqamət üzrə çiyinlərin eni isə 3.75 metr olacaq. Yol geyimi konstruksiyasının qalınlığı 72 sm olmaqla bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir. Hazırda sözügedən hissədə torpaq işləri yekunlaşmaq üzrədir. Təqribən 11 km-lik ərazidə əsasın alt layı və qırmadaş lay, 9.5 km-lik ərazidə isə bitumlu əsas lay və əlaqələndirici lay inşa edilib. Bundan başqa Kürəkçay üzərində 1 aşırımlı və 18 metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də aparılır.

26 km uzunluğunda Aran-Qarağacı hissəsi üzrə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin sonunda başlanılıb. Yolun ümumi eni 12 metr olacaq. Bura 7 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə çiyinlərin eni 2.5 metr təşkil edəcək. Yol geyimi konstruksiyasının qalınlığı 62 sm olmaqla bura 20 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir.

Hazırda sözügedən hissədə mobilizasiya işləri tamamlanmaq üzrədir, 4.5 km ərazidə torpaq yatağının tikintisi, 7.5 km ərazidə isə bitki qatının çıxarılması və 8 km mövcud asfaltın frezlənməsi işləri aparılıb. Bundan başqa, layihə çərçivəsində M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan R18 Mingəçevir-Bəhramtəpə avtomobil yoluna avtonəqliyyat vasitələrinin rahat və maneəsiz keçidini təmin etmək məqsədi ilə 2 aşırımlı və 63 metr uzunluğunda qovşağın, həmçinin yolun 9.3-cü km-də İncəçay üzərində 1 aşırımlı və 33.8 metr uzunluğunda avtomobil körpüsünün, 5 ədəd yeraltı keçidin və 82 ədəd müxtəlif ölçülü boruların inşası işləri aparılır.

111.9 km uzunluğunda Qarağacı-Bəhramtəpə hissəsi üzrə də yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin əvvəllərində başlanılıb və 2 il müddətində tam olaraq yekunlaşdırılması planlaşdırılır. Hər bir zolaqların eni 3.75 metr olmaqla yolun hərəkət hissəsinin eni 7 metr, ümumi yol yatağının eni isə 12 metr təşkil edəcək. Bura hər bir istiqamət üzrə 2.5 metr enində çiyin hissələr də daxildir. Yol geyimi konstruksiyasının qalınlığı bu ərazidə də 62 sm təşkil edir. Hazırda 24.3 km hissədə torpaq işləri görülüb, körpü, boru və yeraltı keçidlərin tikinti işləri aparılır. Sözügedən hissənin 34.7-ci km-də, Tərtərçay üzərində 3 aşırımlı və 111.4 metr uzunluğunda, 57.3-cü km-də Xaçın çayı üzərində 2 aşırımlı və 61.1 metr uzunluğunda və 85.2-ci km-də 38 metr uzunluğunda avtomobil körpülərinin inşası gedir. Buna paralel olaraq yol boyu 17 ədəd yeraltı keçiddən 7-i tikilib, 243 ədəd müxtəlif diametrli borudan 45-i tikilib, digərlərinin tikintisi isə davam etdirilir. Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi saydı qüvvə cəlb olunub. Qeyd edək ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların Gəncə-Qazax, Qax-Balakən, Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

Femida.az

Xəbərin oxunma sayı : 3961









Cəmiyyət
img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img