Şəhidlə vida mərasimi başa çatdı - Yenilənib (FOTOLAR + VİDEO)


16:55     06 Fevral 2017 cingizle%20vida.jpg

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə keçirilən vida mərasimi başa çatıb.



Femida.az xəbər verir ki, şəhid əsgər doğulduğu Qusar rayonunda dəfn olunmağa yola salınır.

***

Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri və hərbçilər TTM-ə toplaşırlar.

Qeyd edək ki, Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

***
Mərasimdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev, baş prokurorun müavini Xanlar Vəliyev də iştirak edir.

Müdafiə naziri Z. Həsənov şəhidin ailə üzvlərinə baş sağlığı verilib.

Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.

***

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi başlayıb.







































Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 54843