Yaponiya mediası Azərbaycandan yazdı


19:28     09 Fevral 2017 Baki%20(2)_50QCENAT.jpg

Yaponiyanın Hokkaydo Universitetində konfliktologiya elmi üzrə araşdırmalar aparan, doktorant tələbə, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədovun müsahibəsi sözügedən universitetin “Litterae Populi” adlı ingilis dilli jurnalının 2017-ci il sayında çap edilib.


Qeyd edək ki, həmyerlimiz Əlibəy Məmmədov 2014-2016-cı illər ərzində təxminən 1800 nəfər xarici tələbəsi olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti vəzifələrini icra etmişdir. Hal-hazırda fəxri prezidentidir. Sözügedən assosasiyanın təşkilatçılığı ilə hər il İyun ayında Hokkaydo Universitetində “Beynəlxalq Yemək Festivalı” keçirilir.

Femida.az xəbər verir ki, müsahibə məhz “Beynəlxalq Yemək Festivalı”na həsr edilmişdir. Müsahibədə Ə. Məmmədov bildirmişdir ki, “İnsanların müxtəlif ölkələrin ləziz mətbəxlərini dadmaqla, həmin ölkələrin mədəniyyətlərinə toxunmalarını seyr etmək çox xoş bir hadisədir”.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən ard-arda 4 il sözügedən festivalda təmsil olunmuşdur. Ə. Məmmədov qeyd etmişdir ki, “Azərbaycan çadrında kababların satışı həyata keçirilmişdir. Bəzi qonaqlar gün və ya festival ərzində bir neçə dəfə təşrif buyurmuşlar. Festival zamanı sadəcə yerli insanlar arasında deyil, həm də müxtəlif ölkələrdən olan beynəlxalq tələbələr arasında da mübadilələr həyata keçirilmişdir”.

“Beynəlxalq Yemək Festivalı”nda iştirak etmək üçün hər ilin aprel ayından etibarən iştirakçıların yoxlamaları aparılır. Festivala qədər hər həftə beynəlxalq tələbələr arasında müntəzəm iclaslar təşkil edilir və festivalın qayda-qanunları ilə bağlı izahlar edilir.

Müsahibə haqqında Ə. Məmmədov bildirmişdir ki, bu məqalə 2015-ci ildə yapon dilində çapdan çıxmışdır. Jurnal rəhbərliyi beynəlxalq ictimaiyyət üçün həm də ingilis dilində jurnalın nəşrini həyata keçirtmişdir.

Beynəlxalq Yemək Festivalında sadəcə kababların satışı deyil, həm də festivala gələn on minlərlə qonağa Azərbaycan eyni zamanda digər ölkələr haqqında geniş məlumatlar verilmişdir. Qonaqları maraqlandıran suallar cavablandırılmışdır. Bununla bərabər festival haqqında hazırlanmış elanlar və jurnallarda da iştirakçı ölkələr və mətbəxləri haqqında geniş məlumatlar öz əksini tapmışdır.

Hər il orta hesabla 200 çadır qurulur ki, onlardan 25-i beynəlxalq tələbələr tərəfindən, digərləri isə yaponiyalı tələbələr tərəfindən idarə olunur.

Eyni zamanda, festival regionda əhəmiyyətli mərasimlərdən biri hesab edildiyi üçün, hər il yerli kanalların canlı çəkilişləri həyata keçirilir. Bu çəkilişlərdə Azərbaycan çadırı hər zaman öndə gedənlərdən olmuşdur.




Femida.az

Açar sözlər:

Oxunub: 1629