Dubaydan `beşbarmaq` gətirdilər


15:51     23 Fevral 2017 besbarmaq.jpg

Dubay-Bakı aviareysilə Azərbaycana gələn ölkə vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər.

Nəticədə, vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1160