Rezidenturanı bitirənlər bu ixtisasa yiyələnəcək


19:16     23 Fevral 2017 hekim08.jpg

2015/2016-cı tədris ilində rezidenturanı bitirən həkim-mütəxəssislərə hansı ixtisaslar üzrə diplomların veriləcəyi açıqlanıb.


Səhiyyə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, müvafiq tədris ilində rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin rezidentura təhsili diplomları 11 ixtisas üzrə təqdim olunur. Bunlara endokrinologiya, narkologiya, fizioterapiya və tibbi bərpa, ftiziatriya, patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza, pediatriya, stomatologiya, üz-çənə cərrahiyyəsi, sosial gigiyena və səhiyyənin təşkili, gigiyena və mikrobiologiya ixtisaları daxildir.

Bu ixtisaslar üzrə həkim-mütəxəssislər rezidentura təhsili diplomlarını əldə etmək üçün fevralın 27-dən etibarən saat 10.00-dan 17.00-dək Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsinə (3-cü mərtəbə) müraciət etməlidirlər. Diplomu götürmək üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Digər ixtisaslar üzrə rezidentura təhsili diplomları elanda göstərilməklə təqdim olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1019